Rio-de-Janeyroda keçirilən Yay Olimpiada oyunlarında Meksikanı təmsil edən gimnast Aleksa Moreno çəkisinə görə sərt tənqid olunub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial medianın hədəfinə düşən 22 yaşlı qız lağa qoyulub və təhqir edilib. Onu hətta donuza bənzədən fotolar da paylaşılıb. Morenonu dəstəkləyənlər idmançının uşaqlıq fotolarının lağa qoyulmasını və indiki xarici görünüşü haqqında yazılanları "tərbiyəsizlik" adlandırıblar.
Olimpiadaya daha az çəki ilə qatılmalı olduğu deyilən idmançının boyu 150 santimetr, çəkisi isə 45 kiloqramdır. Bu da gimnastlar üçün normal çəki olaraq qəbul edilir. A.Moreno çıxış etdiyi idman növündə 12-ci yeri tutub.