Aktrisa Neslihan Atagül saç şampunu markalarından birinin siması olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, markanın təqdim etdiyi "Altın Kelebek" mükafatlarına hazırlaşan Neslihan saç baxımı haqda danışıb. Aktrisa bu yaxınlarda ailə qurduğu Kadir Doğulu ilə evliliyi barədə suala isə belə cavab verib:
"Hər şey yolundadır. İkimiz də işimizə başladıq artıq. Mənim serialımın çəkilişləri hələ başlamayıb, amma reklam işləri var, onun həyəcanını yaşayıram. Bal ayımız işimizə görə qısa davam etdi. Fürsət tapsaq, yenidən harasa qaçacağıq".