Əməliyyat olunan aparıcı istirahətdə - fotolar

Əməliyyat olunan aparıcı istirahətdə -  fotolar
5674 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı, aktrisa Zümrüd Qasımova yay istirahətinə yollanıb.

Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl əməliyyat olunan Z.Qasımova Azərbaycanın bölgələrində dincəlir.

O, fotolarını izləyiciləri ilə bölüşüb.

Z.Qasımova “Kəndimizdə istirahət. Hər şey keçər. Yaşamaq gözəldir” deyə, bildirib.

Qeyd edək ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı əməliyyat olunmasının səbəbini belə izah etmişdi:

"Ana ola bilmirdim. Bu yaxınlarda möcüzə nəticəsində hamilə olduğumu öyrəndim. Bu, doğrudan da möcüzə idi. Amma mənim üçün uşaq dünyaya gətirmək ölüm demək idi. Çünki xərçəng olan şəxs övlad dünyaya gətirəndə, bu xəstəlik daha da irəliləyir. Ana olmaq xəyalımla ömürlük vidalaşaraq əməliyyat olundum. Yaşamaq gözəldir. Bacımın övladları var. Onları öz balam kimi sevirəm".

Xatırladaq ki,  Z.Qasımovanın sonuncu iş yeri "Xəzər" telekanalında "Yeri gəlmişkən" verilişi olub. O, sentyabrdan fəaliyyətini Region TV-də davam etdirəcək.