Türkiyənin məşhur tenoru Hakan Aysev 5-ci dəfə evlənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, dünən fevralda nişanlandığı Banu Karaca ilə nikah masasına oturub. Cütlüyün şad günündə yaxın dostları və ailələri iştirak edib.
Qeyd edək ki, sənətçi bundan əvvəl 4 dəfə ailə qurub. İlk dəfə 1988-ci ildə evlənən H.Aysev daha sonra 2000, 2008, 2009-cu illərdə nikah masasına oturub.