Məşhurlar gözəllik salonunda nə qədər vaxt keçirir?

Məşhurlar gözəllik salonunda nə qədər vaxt keçirir?
4019 dəfə oxunub
  • A-
  • A
  • A+
Yerli xanım sənətçilər qatıldıqları tədbirlərdə gözəl görünmək üçün dəridən-qabıqdan çıxırlar.

Axşam.az xəbər verir ki,  “Şou-biz” verilişi sorğu apararaq sənətçilərin gözəllik salonunda nə qədər vaxt keçirdiklərini araşdırıb:

Sevda Yahyayeva – Gün ərzində üç-dörd saat salonda vaxtım gedir.

Rəqqasə Fatimə - Günümün iki saatdan çoxunu salona həsr edirəm.

Gülyaz Məmmədova – Salona ancaq çəkilişlərim olanda gedirəm. Çox vaxt saç və makiyajı özüm edirəm.

Əməkdar artist Tünzalə Ağayeva – Ən çox 1-1,5 saat salona vaxt sərf edirəm.

Əməkdar artist Elza Seyidcahan – Mənim ustalarım elə bir saç düzümü edirlər ki, kənardan baxan bunun üçün bir günümü həsr etdiyimi düşünürlər. Amma ən çox iki saata saçım da, makiyajım da bitir.