Silvestr Stallone lüks 11 ədəd saatını satır - Fotolar

Silvestr Stallone lüks 11 ədəd saatını satır - Fotolar
969 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli aktyor Silvestr Stallone saatlarını satışa çıxarır.

Axşam.az xəbər verir ki, buraya 77 yaşlı aktyorun 11 ədəd lüks saatı daxildir.

Onlardan biri 2012-ci ildə "Məğlubedilməzlər 2" filmində rol alarkən taxdığı saatdır. "Panerai Luminor 1950" model aksesuarı həmkarları Dolf Lundqren, Ceyson Stethem, Terri Kryus və Rendi Kutyur da taxıblar. "Bronzo" adlı saatın 30 min ilə 60 min dollar arasında satılacağı təxmin edilir. Saatı alan şəxsə "Məğlubedilməzlər 2" filminin imzalı posteri də hədiyyə olunacaq.

Silvestr Stallone həmçinin qiyməti 100 min dollardan 200 min dollara qədər dəyişən "Audemars Piguet Royal Oak Tourbillon 50th Anniversary" və "Cartier Pasha Seatimer" saatlarını satmaq qərarı alıb.

Hərracın əsas parçası 2014-cü ildə İsveçrə istehsalçısının tarixində ən mürəkkəb qol saatı olmaq üçün hazırlanmış "Patek Philippe Grandmaster Chime 6300" model saatı olacaq. Bu saatın hərracda 2,5 milyon ilə 5 milyon dollar arasında satılacağı gözlənilir.

Saatlar iyunun 5-də hərracda sərgilənəcək.

Aktyorun satışa çıxardığı digər saatları təqdim edirik: