Bu gün dünya şöhrətli müğənni, “Pop kraliçası” Madonnanın 58 yaşı tamam olur.
Axşam.az-ın məlumatına görə, ifaçılıqla yanaşı, aktrisa, rejissor, prodüser, bəstəkar kimi də fəaliyyət göstərən ulduz Ginnesin Rekordlar Kitabına “Ən müvəffəqiyyətli qadın müğənni” kimi düşüb.
Belə ki, o, 300 milyondan çox musiqi albomunun satışı ilə bu göstəriciyə sahib olan yeganə sənətçidir.
"Dünya Musiqi Mükafatları"nın "Yaşayan əfsanə" nominasiyasının qalibi olan Madonnanın "Papa Don't Preach", "Vogue", "Like a Prayer", "La Isla Bonita", "Like a Virgin", "Hung Up", "Ray of Light", "Frozen", "Die Another Day", "Music", "4 minutes" kimi məşhur mahnıları uzun müddət hitlərin siyahısında birinci yeri tutub.
1985-ci ildə “Çılğın Madonna” ("Desperately Seeking Susan") filmi ilə aktrisa kimi populyarlaşmağa başlayıb. “Evita” (1996) adlı ekran işi ilə isə “Qızıl qlobus” mükafatının “Musiqi və ya komediya sahəsində ən yaxşı qadın aktrisa” nominasiyası üzrə sahibi olub.
10-a yaxın dünya konsert turnesinə çıxıb.
Rəsmi şəkildə iki dəfə ailə qurub. Sonuncu həyat yoldaşı Qay Riçdən 2008-ci ildə boşanıb.