İlhamə Quliyevanın doğum günüdür - foto+video

İlhamə Quliyevanın doğum günüdür - foto+video
3733 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün mərhum xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

Axşam.az-ın məlumatına görə, müğənni 1943-cü ildə Lənkəran şəhərində anadan olub. O, müğənni Tükəzban İsmayılovanın qızıdır.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

Azərbaycanın və Dağıstanın xalq artisti olan sənətçi "Şərəf" və "Şöhrət" ordenlərini də alıb.

İ.Quliyeva 80-ci illərdə qısa müddətli də olsa, Faiq Mirmöhsünovla ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını daşıyıb. Lakin, İlhamə Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb. Xalq artisti xalası nəvəsi Orxan Nadirovu oğulluğa götürüb.

İ.Quliyeva bu il 25 fevralda vəfat edib.