Prodüser Təranə Səmədova "Bacanaqlar" serialına çəkiləcək.
Axşam.az-a açıqlama verən Təranə seriala Elməddin Cəfərov tərəfindən dəvət edildiyini bildirib:
"Obraz haqda çox məlumat vermək istəmirəm. Qoy tamaşaçı ekranda görəndə maraqla izləsin. Bundan əvvəl də bir neçə dəfə qonaq olaraq "Bacanaqlar", "Qız atası", "Qardaşlar"a çəkilmişdim. Bu dəfə isə artıq öz obrazımla dəvət aldım.
Bu komandanı onsuz da çox sevirdim. İndi isə doğmalaşacağımızı düşünürəm. Artıq öz fəaliyyətləriom sırasına aktrisalığı da yazmağı düşünürəm. Rolun öhdəsindən məharətlə gəlməliyəm. Bəlkə bu, ilk dəvətim olmadı".