Sevgililər səhnədə öpüşdü, aləm qarışdı - fotolar+video

Sevgililər səhnədə öpüşdü, aləm qarışdı - fotolar+video
4054 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən baş tutan "MTV Video Music" mükafatlandırma gecəsində əsas ulduzlardan biri də Rihanna olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Maykl Cekson Vanguard Video" mükafatını Rihannaya həmkarı Dreyk verib. Bir müddətdir sevgili olduqları deyilən cütlüyün səhnədəki hərəkətləri izləyicilər arasında fikir ayrılığı yaradıb. Dreyk Rihanna haqda "mən ona 22 yaşımdan aşiqəm" deyib.

Mükafatı verdikdən sonra Dreykin barbadoslu müğənnini öpməsi kameralardan fərqli şərh edilib. Bir qrup insanın fikrincə, Rihanna Dreykin onu öpməsinə mane olub. Digər qrup insan insan onların qucaqlaşmalarının səmimi olduğu fikrini müdafiə edib. Sosial mediada yaranan mübahisələrdən sonra video və fotolar da sualları cavablandıra bilməyib.