Keçmiş model Züleyxa Akçurinanın oğlu Zahar birinci sinfə gedib.
Axşam.az-ın məlumatına görə, o, övladı ilə şəkillərini paylaşaraq, təəssüratlarını yazıb:
“Zahar birinci sinfə gedir. Bu mənim üçün özəl gündür, həyatımın yaddaqalan anıdır. İndi biz birinci sinif şagirdiyik. Bütün şagirdlərə, müəllimlərə və valideynlərə səbr arzulayıram.
İnana bilmirəm, xoşbəxtlikdən göyün yeddinci qatındayam. Zaharı ilk dəfə məktəbə yola salırıq”.
Qeyd edək ki, Z.Akçurinanın bir oğlan, bir qız övladı var. Keçmiş model xaricdə yaşayır.