Britaniyalı rəqqasənin "Yanardağ"da fotosessiyası

Britaniyalı rəqqasənin "Yanardağ"da  fotosessiyası
1410 dəfə oxunub
  • A-
  • A
  • A+
Britaniyalı alov rəqs-ifaçısı Cassia Chloe Tsura Yanardağda fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, fotoqraf Bayram İsgəndərov tərəfindən lentə alınan şəkillər “Boredpanda” saytında yerləşdirilib və böyük marağa səbəb olub.

B.İsgəndərov fotoları mayda çəkdiyini bildirib:

“Zövq aldığım, yeni üsullar və səhvlərimi sonradan gördüyüm gözəl bir çəkiliş idi. Etiraf edim ki, bir az tənbələm. Fotosessiyanın mayda olmasına baxmayaraq, şəkilləri hələ indi paylaşıram. İnanıram ki, dünən modelim Cassianın doğum günü olmasaydı, bu fotolar hələ çox qalacaqdı”.