"Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib.
Axşam.az-ın məlumatına görə, prezident İlham Əliyev tədbirdə iştirak edib.
Dövlət başçısı əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb.
İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) edib.
Prezident əlil şahmatçıların yarışına da baxıb.
Ölkə başçısı daha sonra arenada yaradılan şəraitlə tanış olub.