"Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneşin qızı Günçe Güneş ərə gedib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Giray Tiryaki ilə ailə qurub. Cütlüyün nikah şahidliyini "Beşiktaş"ın prezidenti Fikret Orman, "Qalatasaray"ın prezidenti Dursun Özbek, "Trabzonspor"un prezidenti Muharrem Usta edib.
Adile Sultan Sarayında baş tutan toyda idman və sənət dünyasından tanınmışlar iştirak edib.