Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, ölkə başçısı gecəyə ailə üzvləri ilə birlikdə qatılıb.
İlham Əliyev Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Şöhrət”, “Vətənə xidmətə görə” ordenlərini təqdim edib, onlara bir daha uğurlar arzulayıb.
Mərasim tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib. Gecədə səhnəyə çıxanlar arasında müğənni-bəstəkar Emin də yer alıb.