"Vakko Holding" şirkətinin rəhbəri Cem Hakko və iş qadını Bettina Maçlerin qızı Pia Hakko ərə gedib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, kosmetika şirkətinin rəhbərləri Delya-Selim Yeşil cütlüyünün oğlu Kerimlə ailə qurub. Avqustun 31-də baş tutan sadə nikah mərasimindən sonra ikili və yaxınları Mikonos adasına yola düşüblər.
Sentyabrın 3-4-də adadakı çimərliklərdən birində baş tutan toyda ailələr və dostlar əyləniblər. Pia Hakko geyimləri ilə bu yayın ən dəbli gəlini adlandırılıb.