Bəhram Bağırzadə ad gününü belə qeyd etdi - fotolar

Bəhram Bağırzadə ad gününü belə qeyd etdi -  fotolar
5986 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Bəhram Bağırzadənin 44 yaşı tamam olub.

Axşam.az-ın məlumatına görə, aktyor ad gününü çəkiliş məkanında qeyd edib.

O bildirib ki, özəl günündə rusiyalı və azərbaycanlı kinematoqrafçılarının lentə aldığı “Uletnaya proqulka” filminin çəkiliş məkanında olub.

Əməkdar artist Tahir İmanov da dostunu həmin gün tək qoymayıb.

B.Bağırzadə açıqlamasında bildirib ki, o, hər il ad günündə çəkilişlərdə olur.

Qeyd edək ki, yerli və rusiyalı aktyorların çəkildiyi “Uletnaya proqulka” filminin ideya müəllifi Tahir və Cabir İmanov qardaşlarıdır.