Əməkdar artist Elza Seyidcahan bu dəfə makiyajsız fotokameramız qarşısına keçib.
Axşam.az-a açıqlama verən müğənni formada qalmağından danışıb.
E.Seyidcahan çox vaxt pəhriz qaydalarını pozduğunu etiraf edib:
“Hərdən pəhriz saxlayıram, idman edirəm. Çox diqqət etdiyimi desəm, yalan olar. Bacardığım qədər formada qalmağa çalışıram. Allahın verdiyi gözəllikdir, onu qorumaq lazımdır. Həm də müğənni baxımlı olmalıdır.
Sənətə gələndən fərqli olmağa çalışıram. Bunu ona görə etmirəm ki, ancaq məndən danışsınlar.
Fərqli görünmək istəyi içimdən gəlir. Etdiklərim də tez-tez başqaları tərəfindən təkrarlanıb. Bizdə bəziləri rəqabəti namərd kimi, arxadan vuraraq aparır. Sağlam rəqabət aparmaq lazımdır".
Foto: Ramin ASLANOV