Bu günlərdə Venesiya Film Festivalında baş verənlər medianın gündəmindədir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 73-cü dəfə baş tutan mərasimin qırmızı xalçasında dünya ulduzlarının çoxuna rast gəlmək mümkündür. Bu festival elit səviyyəyə daha yaxın olduğu üçün orada açıq-saçıq geyimlər o qədər də əhəmiyyət daşımır.
Lakin italiyalı modellər Culiya Salemi və Dayan Mello bu ənənəni pozublar. Onlar ictimaiyyətin qarşısına tamamilə açıq geyimdə, az qala yarıçılpaq çıxıblar. İkilinin verdiyi pozlar sosial mediada birmənalı qarşılanmayıb.
Mütəxəssislər bildirir ki, Culiya və Dayanın libası bu il Kann festivalına Bella Hadidin geyindiyi açıq paltarı da geridə qoyub. İkilinin libası vulqar və biabırçı adlandırılıb.