Son illər Avropada və ABŞ-da baş tutan bütün tədbirlərin qırmızı xalçasında əslində çoxlarının tanımadığı israilli Hofit Qolanı görmək mümkündür.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, geyimi ilə ulduzları geridə qoyan Hofit model, aparıcı və jurnalist kimi tanınır. Lakin o, hətta iştirak etmədiyi filmlərin də qala gecələrinə qatılır. Yaşı, həyatı haqda məlumatları açıqlamayan H.Qolan sonuncu dəfə Venesiya Film festivalında da görünüb.
Onu bəzən "İsrailin Peris Hiltonu" da adlandırırlar.