Müğənni Berkay və model Özlem Katipoğlu avqustun 30-da nikah masasına oturmuşdular.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ailə arasında baş tutan mərasimdən 6 gün sonra cütlüyün toyu baş tutub.
Bodrumda otellərdən birində keçirilən gecədə Demet Akalın və həyat yoldaşı Okan Kurt, Fettah Can, Fatih Ürek, Yonca Evcimik, Murat Dalkılıç və həyat yoldaşı Merve Boluğur kimi tanınmışlar iştirak edib.
Bəy və gəlin nişan üzüklərinin əvəzində barmaqlarına döymə etdiriblər.