Hələ dağılması haqda dəqiq məlumat olmayan "One Direction" qrupunun üzvləri ayrı-ayrılıqda həyatlarına və sənətlərinə davam edirlər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qrupun üzvü Harri Stayls 6,87 milyon dollara yeni ev alıb. Musiqiyə fasilə verərək özünü filmdə sınayan və Kristofer Nolanın "Dunkirk" filmində çəkilən gənc ulduz Hollivudun qərbində yerləşən möhtəşəm villasında dincəlir.
22 yaşında bu evə sahib olan Harri filmdən sonra "Colombia Records"la üç solo albom üçün 80 milyon dollarlıq bir müqavilə bağlayıb.