Kıvanç və Çağatayın görüşü mübahisə ilə bitdi - fotolar

Kıvanç və Çağatayın görüşü mübahisə ilə bitdi - fotolar
4285 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizerle İstanbulun məşhur məkanlarından birində yaxın dostu və həmkarı Çağatay Ulusoyla görüşüb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, məkandan çıxarkən avtomobilini qapının ağzına gətirilməsini istəyən Kıvanç etirazla qarşılanıb. Mühafizəçilər terror təhlükəsizliyinə görə avtomobilin o əraziyə girişinin qadağan olduğunu deyiblər. Aktyor əsəbiləşərək "Bəs jurnalistlərin buraya girməsi niyə qadağan deyil" deyə soruşub.

Sonda aktyor istəyinə nail olub və avtomobil ora gətirilib. Cütlük avtomoillərinə minərək oradan uzaqlaşıb. Çağatay da onların ardıyca məkandan ayrılıb.