Leyla Əliyeva klinikanı ziyarət etdi - fotolar

Leyla Əliyeva klinikanı ziyarət etdi - fotolar
2770 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Klinikasında olub.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Leyla Əliyeva Uşaq Klinikasında müalicə olunan uşaqlarla söhbət edib, onlara hədiyyələr təqdim edib, tezliklə sağalmalarını arzulayıb, uşaqlarla şəkillər çəkdirib.

Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Uşaq Klinikasında aparılan müalicələr barədə məlumat verib.

Leyla Əliyeva, həmçinin klinikanın kollektivi ilə də söhbət edib, onlara işlərində uğurlar arzulayıb.