“Şükran mənim evlənəcəyim qadındır”

“Şükran mənim evlənəcəyim qadındır”
3902 dəfə oxunub
  • A-
  • A
  • A+

Münasibətlərini uzun müddət gizli saxlayan futbolçu Caner Erkin və aktrisa Şükran Ovalı gecə gəzintisinə çıxıb.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, birlikdə ilk dəfə ötən həftə alış-veriş mərkəzinə görüntülənən cütlük bu dəfə restorandan çıxarkən obyektivlərə tuş gəlib.

Xoşbəxt olan Ovalı və Caner jurnalistlərin “Münasibətiniz xeyirli olsun” sözlərinə “Təşəkkür edirik. Gördüyünüz kimi xoşbəxtik” cavabını verib.

Caner daha sonra “Şükran mənim evlənəcəyim qadındır” sözlərini deyib. Cütlük avtomobilinə oturaraq, hadisə yerindən uzaqlaşıb.