Cennifer Lopez yenidən şayiələrin mərkəzində - fotolar

Cennifer Lopez yenidən şayiələrin mərkəzində - fotolar
5914 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni və aktrisa Cennifer Lopez Nyu-York küçələrində görünüb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qara libasıyla yenə də diqqət çəkən Cey Lo dostu Rayan Siqrest ilə görüşüb. Onların birgə nahar etməsi şou dünyasına yeni sevgi dedi-qoduları verib. Bir neçə həftə əvvəl rəqqas sevgilisi Kasper Smartdan ayrılan 47 yaşlı Lopezlə Rayan çox səmimi görünüblər.

Lakin onlar arasındakı münasibətin sadəcə dostluq olduğunu deyənlər də var. Çünki cütlük "American İdol" yarışmasında bir yerdə işləyiblər. Eyni zamanda 41 yaşlı R.Siqrest Cenniferin baş rolda çəkildiyi "Shades of Blue" ("Mavinin çalarları") serialının prodüserlərindən biridir.