Günay İbrahimova Tünzalə Ağayevaya “yox” dedi

Günay İbrahimova Tünzalə Ağayevaya “yox” dedi
5577 dəfə oxunub
  • A-
  • A
  • A+
“De onun adı nədir?” mahnısı ilə şəhərə səs salan Günay İbrahimova bütün duet təkliflərindən imtina edib.

Bu barədə müğənni axşam.az-a verdiyi açıqlamada bildirib:

”İlqar Muradov, Tünzalə Ağayeva, Zamiqdən duet təklifləri almışam. Amma hələ ki, duet oxumaq fikrim yoxdur. Solo ifa ilə özümü təsdiqlədikdən sonra duetlərə yer verəcəm. Gələcəkdə sırf duetlərdən ibarət albom da hazırlayacam".

Təkcə Elçin Cəfərovla duet oxumaq fikrim var” deyən Günay daha bir hit mahnı hazırlayır.

Müğənni “Özüm də sənsən” adlanan mahnının da digər bəstələr qədər hit olacağını iddia edir:

“Klipi də bu mahnıya çəkdirməyi düşünürəm. Ekran işi ya Türkiyədə, ya da Ukraynada çəkiləcək. Daha çox türk rejissorlarını istəyirəm. Çünki klipdə çox qlamur obrazda olmaq istəyirəm. Bunu isə ancaq Türkiyədə reallaşdıracaqlarına inanıram”.