Türkiyədə İstambul Polis İdarəsinin Narkotik Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində bir çox məşhur simalar saxlanılıb.
Axşam.az-ın məlumatına görə, saxlanılanlar arasında “Issız adam” serialı ilə məşhurlaşan Cemal Hünal, aktyor Çağatay Ulusoy, müğənni Cenk Eren , "Miss Turkey 2011" yarışmasının ikincisi olan Gizem Karaca və 30-dan artıq digər şəxs şübhəli şəxsin adı da var.
Əməliyyat kokain satışı ilə məşğul olan şəxsin məlumatından sonra başlanılıb.
Nigar MƏHƏRRƏM