ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Sinzo Abe ilə görüşüb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qeyri-rəsmi atmosferi sevən Donald Ağ Evdəki görüşdən sonra nazirlə birgə Floridaya yollanıb.
Trampı xanımı Melaniya və qızı İvanka müşayiət edib. İvankanın əri Cared Kuşner və uşaqları, eləcə də S.Abenin xanımı onlarla birgə olub.