Aktrisa Məryəm Uzerli sevgilisi Can Atəşdən dünyaya gətirdiyi qızı Laranın 3 yaşını qeyd edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, qızı üçün İnstaqramda kövrək bir qeyd paylaşıb:
"Sən mənim üçün ən böyük hədiyyəsən. Mənim ən böyük sevgim... Mənim hər şeyim... Birinci saniyədən etibarən mənə güc verirsən. Heç bir cümlə səni nə qədər sevdiyimi ifadə edə bilməz. Sənin doğum günündə mən də doğuldum. Bütün analara ən səmimi salamlarımı göndərirəm. Yaxşı ki, dünyaya gəldin Lara. Səni sonsuz sevirəm".