Bir neçə saat əvvəl Los-Ancelesdə "Qremmi" mükafatları təqdim edilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecənin maraqlı çıxışlarından biri Beyonsun olub. Əkiz uşaq anası olmağa hazırlaşan ifaçı səhnədə iki mahnı oxuyub və o, tamaşaçı qarşısına hind tanrıları kimi bəzənərək çıxıb.
Mərasimdə Beyonsun əri Cey Zi və qızı Blu Ayvi də iştirak edib.