"Qremmi" mükafatlandırma mərasimində "İlin ən yaxşı pop və ya qrup performansı" mükafatını "Twenty One Pilots" qrupu alıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qrupun üzvlərio tayler Jozef və Coş Dan adları elan olunduqdan sonra qeyri-adi hərəkətləri ilə diqqət çəkiblər.
Hər iki müğənni şalvarlarını çıxararaq səhnəyə alt geyimdə çıxıblar. Jozef bunun səbəbini belə açıqlayıb:
"İllər əvvəl biz dostlarımızla evdə oturub "Qremmi"yə baxırdıq. Birdən diqqət etdik ki, bizim hər birimiz alt paltardayıq. Həmin an biz qərar verdik ki, nə vaxtsa "Qremmi"də qalib olsaq səhnəyə alt paltarda çıxacağıq".
Onların çıxışından sonra tədbirin aparıcısı Ceyms Qorden də şalvarını çıxarıb.