Aktrisa Milla Yovoviç əri və rejissor Pol Uilyam Skott Andersonla birlikdə Moskva şəhərinə səfər edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 41 yaşlı aktrisanın səfərinin məqsədi "Şərin iqamətgahı: Sonuncu fəsil" filminin premyerasıdır.
Jurnalistlər qarşısında mətbuat konfransı verən aktrisa deyib:
"Mən buraya bir neçə aylıq gəlmək istərdim. Qızlarımla buraya gəlib Moskvanı və digər şəhərləri gəzmək əla olardı".
"Maşa və ayı" cizgi filmini sevdiyini deyən Milla ayı obrazında oynamaq istəyini də bildirib:
"Maşa üçün çox qocayam, amma ayını oynaya bilərəm".
Qeyd edək ki, 2013-cü ildə aktrisa reklam şirkətlərindən birinin dəvəti ilə Bakıda olub.