Türkiyənin cazibədar İvanası Bakıya gəlir

Türkiyənin cazibədar İvanası Bakıya gəlir
2205 dəfə oxunub
  • A-
  • A
  • A+
Tamaşaçıların daha çox "Bu gün ne giysem" yarışmasının münsif heyətindən tanıdığı İvana Sert gələn həftə Bakının qonağı olacaq.

Axşam.az-ın məlumatına görə, bu haqda xəbəri ATV telekanalında yayımlanan “Özünə bax” verilişinə telefon bağlantısı ilə qoşulan modelyer Hakan Akkaya deyib.

Onun sözlərinə görə, iki gündən sonra Londona yola düşəcək:

"Oradan qayıtdıqdan sonra İvana ilə birlikdə Bakıya gələcəyəm. Gələn həftənin ikinci günü “Özünə bax”ın qonağı olacağıq”.

Akkaya narkotik maddə yaydığı üçün həbs olunacağı ilə bağlı yayılan xəbərləri isə təkzib edib:

"Bir müddət öncə möhtəşəm moda nümayişim baş tutdu. Məni gözü götürməyən bir jurnalist haqqımda belə xəbər yazıb. Həmin məlumatın Azərbaycan mediasında da işıqlandırılmasına üzüldüm. Bakı ilə sıx əlaqə qurduğum, insanlarını bu qədər sevdiyim bir ərəfədə xoşagəlməz vəziyyət yarandı. Bu, doğru deyil".