ANS telekanalının aparıcısı Ulvira Qarayeva Azvision saytının yeni fotosessiyasında iştirak edib.
Axşam.az xəbər verir ki, noyabrın 21-i Naxçıvanda doğulan xanım jurnalist Ülvira Qarayeva doğulduğu ili gizli saxlayıb. Orta məktəbi Rusiyanın Volqoqrad vilayətində oxuyan jurnalist ali təhsilini Azərbaycanda alıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
Xanım jurnalist boş vaxtlarını dostları ilə görüşməklə dəyərləndirir: “Xüsusi hobbim yoxdur. Boş vaxt tapdıqca kitab oxuyuram, ya da dostlarımla görüşürəm”.