ATV telekanalının zövq yarışması “Özünə bax” ötən gün də maraqlı anlarla yadda qalıb. Axşam.az-ın məlumatına görə, münsif kürsüsündə bu dəfə layihənin rəhbəri Ruhi Əliyeva, modelyer Afaq və stilist Nasir Babayev əyləşib.
Müsabiqəyə üç xanım iştirakçı qatılıb. Onlardan biri – Zeri ikinci yarımfinala adlaya bilməyib. Geyindiyi ayaqqabıları bəyənməyən münsiflər onu yarışmadan uzaqlaşdırıb. Digər iki iştirakçı Asyaxanım və Nigar ikinci yarımfinala vəsiqə qazanıb.
“Özünə bax” komandası ötən gün sürprizlə qarşılaşıb. Müsabiqənin ilk buraxılışının finalçısı olan Səbinə Namazova ad gününü “Özünə bax”ın yaradıcı heyəti ilə birlikdə keçirmək üçün canlı yayıma gəlib. Ruhi onu əliboş yola salmayıb. Belə ki, o, Səbinəyə “Emirald” mağazasından istədiyi zinət əşyasını seçə biləcəyini deyib. Səbinə isə qiymətli üzük götürüb.
Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır. Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.
Foto: Rəşad ABBASOV