Müğənni Cəvahir Abdulova köklükdən şikayət edib. Axşam.az-ın məlumatına görə, arıqlamaq üçün pəhriz saxlayan sənətçi idmanla da məşğul olur:
“Fitneslə, aerobikayla məşğul oluram. Hərdən hovuza gedir, üzürəm. Arıqlamaq üçün pəhrizlər saxlayıram. Amma tam istədiyim çəkiyə düşə bilmirəm. Bir ara istədiyim kimi arıqladım. Amma itirdiyim çəkini yenidən geri aldım”.
Gözəl görünmək üçün geyimlərinə diqqət ayıran Cəvahir alış-veriş məqsədi ilə xaricə üz tutub:
“Çox nadir hallarda buradakı mağazalardan nəsə alıram. Əksər vaxtlar xaricdə alış-veriş edirəm. Özüm gedə bilməyəndə isə sifariş verirəm. Gündəlik geyimlərim idman stilindədir. Avtomobil sürərkən bu tip stil daha rahatdır. Qarderobumda bahalı libaslar qədər ucuzları da var. Evimin bir otağına ancaq geyimlərimi yığıram. Brendlərə çox üstünlük verirəm. Ən bahalı libasımı 2000 avroya almışam”.