Moskvada keçiriləcək “Kainat gözəli” müsabiqəsində Azərbaycanı təmsil edən model Aysel Manafova yeni fotolarını sosial şəbəkədə paylaşıb.
Axşam.az-ın məlumatına görə, “Miss Azerbaijan 2012” birincisi ən çox Braziliya təmsilçisini bəyəndiyini vurğulayıb.
Final gecəsinə hazırlaşan model xoşbəxt olduğunu yazıb.
Qeyd edək ki, azərbaycanlı iş adamı Aras Ağalarov və müğənni-bəstəkar Emin tərəfindən təşkil edilən “Kainat gözəli” müsabiqəsi noyabrın 5-i və 9-da baş tutacaq.
Müsabiqədə əsas jüri Stiven Tayler olacaq. Tomas Roberts və Melani Braun noyabrın 9-da baş tutacaq finalda aparıcılıq edəcək. Həmin gün müğənni Emin Ağalarov da səhnəyə çıxacaq. "Kainat gözəli" müsabiqəsi dünya standartlarına cavab verən “Krokus Siti Holl”da baş tutacaq.