Müğənni Sevda Yahyayeva Hindistandan aldığı film təklifindən imtina edib.
Axşam.az-ın məlumatına görə, buna səbəb müğənninin Azərbaycanda böyük bir layihə hazırlamasıdır.
Yahyayeva layihənin nədən ibarət olacağını hələ ki, sirr saxlayır.
Hazırda isə Sevda Ramalla oxuduqları “Yarım olasan” duetinə klip çəkdirməyə hazırlaşır.
Sənətçi may ayı üçün möhtəşəm solo konsert hazırladığını da bildirib.