Yaradıcılığını Azərbaycanda davam etdirən gürcü müğənni Suli yeni çəkilən klipində fərqli obraz yaradıb.
Axşam.az-ın verdiyi məlumata görə, müğənni Suli Azərbaycan dilində ifa edilən, sözləri Azər Şirinə, musiqisi Givi Usenaşviliyə məxsus “Çox” mahnısına çəkilən klipdə 3 obrazı canlandırıb. Klipdə əsəbi qız, xanım və məşhur müğənni Ledi Qaqaya bənzəyən Sulinin üzərində tanınmış stilist-vizajist Səbinə İmanova işləyib.
Layihənin rəhbəri prodüser Asif Kərimov, klipin operatoru Tanrıverdi Tanrıverdiyev, rejissoru isə Sulidi. Klipdə model Fərid Əsgərov və Jam SS rəqs qrupu da çəkilib.
Sözügedən klipin təqdimat mərasimi fevralda Bakı və Tiflisdə keçiriləcək.