"Eurovision"un aparıcılığını bu xanım edəcək

"Eurovision"un aparıcılığını bu xanım edəcək
3566 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision 2013" mahnı müsabiqəsinin aparıcısı məlum olub.

Axşam.az-ın İTV-nin saytına istinadən verdiyi məlumata görə, yarışmanı isveçli yumorist və televiziya aparıcısı Petra Mede aparacaq. O, 2009-cu ildə İsveçin ən yaxşı qadın yumoristi seçilib. Nadir yumor məharəti olan bu xanım TV3 kanalında "Petra Mede Şou"nun aparıcısı olub. Hazırda isə Mede ən məşhur tədbirlərə, konfranslara, televiziya şoularına, konsertlərə aparıcılıq edir.