Bu gün bəstəkar Sevinc Tofiqqızının doğum günüdür.
Axşam.az-ın məlumatına görə, xanım bəstəkar Bakı şəhərində anadan olub. Paytaxtın 82 saylı orta məktəbində ibtidai təhsil alıb. Moskva Dövlət Universitetinin musiqişünaslıq fakültəsini, Bakıda musiqi üzrə fortepiono şöbəsini bitirib. Ailəlidir iki övladı var.
Bir sıra müğənnilərə - Aslan Hüseynov, Flora Kərimova, Nadir Qafarzadə, Vüqar Muradov və başqalarına mahnılar bəstələyib. Eyni zamanda bir neçə seriala çəkilib. “Region” TV-də yayımlanan "Babayevlər ailəsi" serialında rol alıb. "Sindrom" adlı seriala çəkilib. Bu serialın həm bəstəkarı, həm də baş rolun ifaçılığını edib. Həmçinin türk rejissoru Naci Çelik Berksoyun Bakıda çəkdiyi "Həyat varsa kəlmeyi şəhadət..." serialında da rol alıb. "Oğurlanan usaq", "Ultionis" və s. seriallarda da həm aktrisa kimi rol alıb, həm də bəstəkar olub.
Sevinc Tofiqqızı "Oskar" mədəniyyət qəzetinin "Qızıl açar" milli musiqi mükafatı, "Bakı gecələri" estrada mahnı festivalının "Ən yaxşı mahnı müəllifi" nominasiyasının diplomu, "The first 2012" mükafatının "İlin ən yaxşı aktrisa"sı nominasiyasının qalibi mükafatlarına layiq görülüb.
Axşam.az saytının kollektivi bəstəkarı ad günü münasibətilə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.