Müğənni Alişan aparıcı Esra Erolun bacısı Eda Erolla nişanlanıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük bununla da nikah yolunda ilk addımı atıb. Oktyabrda toya hazırlaşan Alişanla Edanın nişanı ailə arasında olub. Gecədən fotoları model Çağla Şikel sosial şəbəkədə paylaşıb.
Şikel fotolara “Can yoldaşım, dostum, qardaşım, tərəf müqabilim, dünyalar gözəli Edamızla xoşbəxt olmağını diləyirəm. Sizi çox sevirəm, həmişə bir-birinizə bugünkü kimi baxın”yazıb.