ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp artıq uzun müddətdir ki, geyimləri ilə daim medianın diqqətindədir. Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, “stil ikonu” adlandırılan birinci xanım bu dəfə də seçimi ilə zövq oxşayıb. Belə ki, Ağ Evdə Koreya Respublikasının prezidenti Mun Ceyn və xanımı Kim Consukun qarşılanma mərasiminə qatılan Melaniya bu dəfə seçimini “Roulan Mouret” brendindən edib.
O, diplomatik görüş üçün açıq-boz rəngli libasa üstünlük verib. Paltarın dəyərinin 2300 dollar olduğu bildirilib.
Melaniya hər zaman olduğu kimi bu dəfə də saçlarında yüngül dalğalara üstünlük verib.