2 uşaq anası olan aktrisa İrmak Ünal ideal bədən quruluşu ilə görənləri heyran edib.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, 40 yaşlı aktrisa dərgilərdən birinin fotokamerası qarşısına keçib. İrmak ana olduqdan sonra necə arıqlamağından da danışıb:
“Həftənin 6 gününü idman edirəm. 2 ildir, qırmızı ət yemirəm. Çörək, şirniyyat da qida rasionumdan çıxıb. Əsasən balıq yeyirəm”.
Qeyd edək ki, İrmak Ünal aktyor Cihan Ünalın doğma, aktrisa Türkan Şorayın isə ögey qızıdır.