Xəbər verdiyimiz kimi, bu gün 106.3 FM radiosunun 13 yaşı tamam olur.
Axşam.az-ın məlumatına görə, bu münasibətlə radio “Bir cənub şəhərində” adı altında layihəyə imza atıb. Bu dəfə aparıcılar verilişlərini Dənizkənarı Milli Parkdan təqdim ediblər. Verilişlərin yayım məkanı “Şeytan çarxı” karuselinin qarşısı seçilib.
Radionu təbrik etməyə gələnlər arasında xalq artisti Aygün Kazımova, əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Miri Yusif, Fuad Dadaşov yer alıblar.
Foto: Ramin ASLANOV