Aygün Miri Yusif və Tünzalə ilə küsülüdür? - salamlaşmadılar

Aygün Miri Yusif və Tünzalə ilə küsülüdür? -  salamlaşmadılar
2918 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün 106.3 FM radiosunun 13 yaşı münasibətilə Dənizkənarı Milli Parkda tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə, bu münasibətlə şou-biznes nümayəndələrimiz də bulvara yollanıb.

Onlar arasında yer alan xalq artisti Aygün Kazımova, əməkdar artist Tünzalə Ağayeva və müğənni Miri Yusif arasındakı gərginlik gözdən qaçmayıb. Belə ki, M.Yusif və T.Ağayeva efirdə olan vaxt A.Kazımova məkana gəlib. İfaçıları səhnədə görən müğənni kənarda dayanaraq onların getməyini gözləyib. Efirdən çıxan Miri Yusif və Tünzalə kənarda şəkil çəkdirən zaman A.Kazımova onların yanından keçərək, efirə gedib. İfaçıların salamlaşmaması, bir-birini görməzdən gəlməsi diqqət çəkib.

Qeyd edək ki, A.Kazımova ilə M.Yusif bu yaxınlarda duet oxumuşdu. 
Onların hazırda bir-birinə soyuq münasibət göstərməsi məkanda olan hər kəsi təəccübləndirib.

Foto: Ramin ASLANOV