Braziliya milli yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Neymar gecə klublarından birində paparazzilərə tuş gəlib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, gecədə futbolçu keçmiş sevgilisi, braziliyalı model Bruna Markezinlə rastlaşıb.
Bir-birilərini gördükdə şok olan ikili əvvəlcə uzaq məsafədən görüşsələr də, daha sonra bir-birilərinə sarılaraq öpüşüblər.
Uzun müddət dodaq-dodağa olan cütlüyün yenidən barışıb, barışmayacağı maraq doğurur.