Nizami Kino Mərkəzində "Üçüncü günün adamı" filminin qala gecəsi olub.
Axşam.az-ın məlumatına görə, rejissorluğunu Babək Şirinsifətin etdiyi ekran işinin ssenari müəllifi Maqsud Qarayşa, prodüseri Müşfiq Hətəmov, quruluşçu operatoru Rafiq Quliyevdir.
Filmdə əməkdar artist Mehriban Zəki, aktyorlar Kamran Ağabalayev, Zarina Qurbanova, Hikmət Rəhimov və başqaları rol alıblar.
"Üçüncü günün adamı" Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Filmdə Qarabağ müharibəsindən bəhs edilir.
Qala gecəyə ekran işinin rejissoru B.Şirinsifət qatılmayıb. Gecədə filmi izləməyə gələnlər arasında tanınmış aktyorlarımız, digər sənət adamları yer alıblar.
Foto: Ramin ASLANOV