Müğənni Tarkanın ilk açıq hava konserti baş tutub.
Axşam.az-ın Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı “Tarkan Fizy Konsertləri” turu çərçivəsində keçirilən konsertdə 7 il sonra çıxardığı albomundakı mahnıları və digər bəstələri səsləndirib. Tarkanın konsertini Səlcuq Yöntem, Merve Terim, Buse Terim və əri, Çağla Şikel və digər məşhurlar izləyiblər.
Sənətçinin konsertləri sabah, 4, 5 və 8 iyul tarixlərində də davam edəcək.